SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu

Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu

Tarix:

11-03-2019, 13:05

/ 942 dəfə oxundu.
Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu

Biləsuvar rayonunda məktəbli oğlan qohumuna səkkiz bıçaq zərbəsi vurub.

Hadisə martın 9-u gecə saatlarında rayonun Nəsimi kəndində baş verib. 2001-ci il təvəllüdlü şagird şəxsi münasibətlər zəminində qohumu, 1982-ci il təvəllüdlü Qarayev Nadir Qəfər oğlunun kürəyindən 8 bıçaq zərbəsi vurub. Yaralı N.Qarayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli şübhəli şəxs qismində tutulub.

Şərhlər

XƏBƏR LENTİ