SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 15 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

15 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

Tarix:

7-03-2019, 12:08

/ 1 003 dəfə oxundu.
15 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

Gəncədə külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənovdan çəkisi 10,9 kiloqram marixuana götürülüb.

​Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Medvedyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

​Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Binə qəsəbəsindəki evdən isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu və çəkisi 4,8 kiloqramdan artıq marixuana da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.

Şərhlər

XƏBƏR LENTİ