SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Zaqatalada fındıq oğrusu saxlanıldı

Zaqatalada fındıq oğrusu saxlanıldı

Tarix:

4-03-2019, 11:23

/ 589 dəfə oxundu.
Zaqatalada fındıq oğrusu saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı M.Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ