SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Biləsuvar sakinindən narkotik maddə götürüldü

Biləsuvar sakinindən narkotik maddə götürüldü

Tarix:

1-03-2019, 13:07

/ 930 dəfə oxundu.
Biləsuvar sakinindən narkotik maddə götürüldü

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılıb.

Bununla bağlı DİN mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

N.Zəkiyevin üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən polietilen seloffana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı N.Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ