SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Green Store"nin 15 işçisi zəhərləndi - Prokurorluq araşdırmalara başladı

"Green Store"nin 15 işçisi zəhərləndi - Prokurorluq araşdırmalara başladı

Tarix:

1-03-2019, 12:22

/ 1 021 dəfə oxundu.
"Green Store"nin 15 işçisi zəhərləndi - Prokurorluq araşdırmalara başladı

Cəlilabad rayonunda marketdə zəhərlənənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.

Hadisə şəhərdə yerləşən "Green Store" adlı marketdə baş verib.

Zəhərlənənlərin hamısı marketin işçiləridir. Bunlar Hadiyeva Aidə Həşim qızı (1992-ci il təvvəlüdlü), Şəbiyeva Zeynəb (2003-cü il təvvəlüdlü), Quliyeva Aidə Qurban qızı (1994-ci il təvəllüdlü), Şəbiyeva Sevinc Ərəstun qızı (1984-cü il təvəllüdlü), Abdullayeva Rəna Mehman qızı, Eynullayeva Günay Rafət qızı, Bağırova Gülnar Tofiq qızı və Ağayeva Afət Mirhüseyn qızıdır.

Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlulda işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:39

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

Hadisə marketlərdən birində qeydə alınıb.

Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ