SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda polisi şantaj edən 3 nəfər tutuldu

Azərbaycanda polisi şantaj edən 3 nəfər tutuldu

Tarix:

13-03-2017, 13:19

/ 1 572 dəfə oxundu.
Azərbaycanda polisi şantaj edən 3 nəfər tutuldu

Biləsuvar rayonunda şantajla məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, martın 10-da Biləsuvar RPŞ-nin əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib ondan 3.000 manat pul tələb etdiyini bildirib.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ