SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sumqayıtda avtobus qəzası: Yaralı sayı 42-yə çatdı

Sumqayıtda avtobus qəzası: Yaralı sayı 42-yə çatdı

Tarix:

22-02-2019, 00:47

/ 1 681 dəfə oxundu.
Sumqayıtda avtobus qəzası: Yaralı sayı 42-yə çatdı

Sumqayıt şəhərində baş verən yol qəzasında yaralananların sayı 42-yə çatıb.
Unikal.org-un məlumatına görə, xəsarət alan şəxslər bunlardır:

Qaraşova Kəmalə
Süleymanov İbrahim
Nəcəfova Nisə
Rüstəmova Gülnar
Bəylərov Yaşar
Məmmədova Gülnarə
Sadıqova Təranə
Alyarova Validə
İbrahimzadə Murad
Paşayev Vüqar
Həsənov Vüsal
Süleymanov Nicat
İsmayılov Ceyhun
Quliyeva Minarə
Vəliyev Əbdül
Kərimova Yeganə
Ağayeva Yeganə
Səfərbəyova Rəna
Məmmədov Nəsrulla
Cəliyeva Ülkər
Əliyeva Nahidə
Tahirova Nühbahar
Əlizadə Rauf
Səlimov Sərxan
İsmayılov Elbrus
Mehdiyev Ümid
Abdullayev Ağamir
Kətəmova Zülfiyyə
Mikayılova Sahilə
Nəbiyeva Aynurə
Bağırov Emil
Rəhimova Gülnar
Sadıqova İlhamə
Həziyeva Svetlana
Şamilov Nizami
Musayev Davud
İdris Abbasov
Xandənə Əhədqızı

Digər yaralıların qeydiyyatı aparılır.

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Nəriman İmanov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xəstəxanada yaralılara baş çəkib.

Əldə edilən məlumata görə, avtobusun sürücüsü Ceyhun Əhmədovdur.

19:56

Sumqayıtda sərnişin avtobusunun əvvəlcə "Toyota Prado" markalı avtomobilə, daha sonra binaya çırpılması nəticəsində 31 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, xəstəxanaya müraciət edənlərin bir hissəsi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 19 nəfər müalicə olunur.

18:36

Sumqayıt şəhərində sərnişin avtobusu yaşayış binasına çırpılıb.

Unikal.org xəbər verir ki, ilkin məlumata görə, şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Yaralılar var.

Yaralılar Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdiriliblər.

17:47 əvvəl

***

18:08 yeniləndi

Sumqayıt şəhərində yol qəzası baş verib.

Unikal.org-un əməkdaşının məlumatına görə, 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb.

Hadisə nəticəsində 15-dən çox sərnişin yaralanıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

***

18:18

Sumayıt şəhərində sərnişin avtobusu yaşayış binasına çırpılması nəticəsində yaralıların sayı 24-ə çatıb.
Hazırda avtobus sürücüsünün xəsarəti ağır olduğundan həkimlər tərəfindən əməliyyata götürülüb. Digər sərnişinlər də müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

****

18:36

Sumqayıt şəhərində baş verən yol qəzasında yaralananların sayı 30-u keçib.

Şərhlər

XƏBƏR LENTİ