SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Məhkəmədə ana hakimə və prokurora hücum etdi - AZƏRBAYCANDA

Məhkəmədə ana hakimə və prokurora hücum etdi - AZƏRBAYCANDA

Tarix:

21-02-2019, 15:26

/ 945 dəfə oxundu.
Məhkəmədə ana hakimə və prokurora hücum etdi - AZƏRBAYCANDA

Sabunçu Rayon Məhkəməsində insident baş verib.

"Report"a istinadən xəbər veririk ki, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarılıb.

Məlumata görə, hazırda Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.

T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ