SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanlı iş adamlarının qatilləri tutuldu - Biri polisdir (Təfərrüat)

Azərbaycanlı iş adamlarının qatilləri tutuldu - Biri polisdir (Təfərrüat)

Tarix:

13-03-2017, 11:57

/ 1 594 dəfə oxundu.
Azərbaycanlı iş adamlarının qatilləri tutuldu - Biri polisdir (Təfərrüat)

Bir həftə öncə Rusiyanın Krasnodar şəhərində liftə ölü tapılan iki azərbaycanlı iş adamının qətli bağlı yeni təffərrüatlar məlum olub.

Cinayət işi bağlı 17-39 yaş arası 4 nəfər saxlanlıb. Onlardan biri polis işçisi, digəri isə həmin iş adamlarının şirkətinin əməkdaşı olub.

İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər 7 mart tarixində Moskvaya yola düşməliymişlər. Onların əlində içərisində 17 milyon rubl pul olan 3 çanta olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı xəbərdar olub. Məhz buna görə, onlar avtomobillə azərbaycanlıların yaşadığı binaya gələrək liftin qarşısında hədəfi gözləyiblər.

Qapılar açılan kimi adı açıqlanmayan 37 yaşlı şəxs soyuq silahla biznesmenlərin başlarından vurub. Daha sonra hər iki azərbaycanlını güllələyiblər. Hazırda cinayəti törədən qrupun bütün üzvləri saxlanılıb və ifadələri alınıb. Faktla bağlı istintaq davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ