XalqXəbər.Az

GÖYÇAY SAKİNİNDƏN HEROİN GÖTÜRÜLÜB

yüklənir...
GÖYÇAY SAKİNİNDƏN HEROİN GÖTÜRÜLÜB
11-02-2019, 14:18
yüklənir...

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.