SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » BALAKƏN SAKİNLƏRİNDƏN NARKOTİK GÖTÜRÜLÜB

BALAKƏN SAKİNLƏRİNDƏN NARKOTİK GÖTÜRÜLÜB

Tarix:

2-02-2019, 13:03

/ 951 dəfə oxundu.
BALAKƏN SAKİNLƏRİNDƏN NARKOTİK GÖTÜRÜLÜB

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan selofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilmiş və maddi sübut kimi götürülmüşdür.

Şərhlər

XƏBƏR LENTİ