SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Mağazadan 3 min manatı oğurlayan gənc saxlanıldı

Mağazadan 3 min manatı oğurlayan gənc saxlanıldı

Tarix:

2-02-2019, 13:02

/ 1 023 dəfə oxundu.
Mağazadan 3 min manatı oğurlayan gənc saxlanıldı

Şəmkir rayon sakini Polad Qasımov Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus avtomobil ehtiyyat hissələri satılan mağazasına yanvarın 31-dən fevralın 1-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 3000 manat pulu və təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurlayıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada avtomobil təmiri ilə məşğul olan, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli şübhəli qismində saxlanılıb.

İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və əldə etdiyi pulun bir qismini xərclədiyini, yaddaş qurğusunu isə yaxınlıqdan keçən su kanalına atdığını deyib. Pulun qalan hissəsi və təhlükəsizlik kamerasının yaddaş qurğusu tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Mağazadan 3 min manatı oğurlayan gənc saxlanıldı
Mağazadan 3 min manatı oğurlayan gənc saxlanıldı

Şərhlər

XƏBƏR LENTİ