SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İsmayıllıda taksi sürücüsü həmkarını baltalayıb

İsmayıllıda taksi sürücüsü həmkarını baltalayıb

Tarix:

11-03-2017, 11:36

/ 1 563 dəfə oxundu.
İsmayıllıda taksi sürücüsü həmkarını baltalayıb

İsmayıllı rayonunda taksi sürücüləri arasında baş verən dava zamanı qan tökülüb

İsmayıllı şəhərindəki mərkəzi bazarın qarşısında 10-UK-483 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, rayonda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Nəsirov Xəyalət Allahverdi oğlu və həmkarı, “VAZ 21099” markalı minik avtomobilinin sürücüsü, 1964-cü il təvəllüdlü Nəcəfov Ramil Əliabbas oğlu arasında müştəriyə görə mübahisə yaranıb.

Onlar bir-birlərini təhqir edib. Bu zaman R. Nəcəfov avtomobilindən baltanı götürərək X. Nəsirovun başına zərbə endirib. X. Nəsirov ağır kəllə beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ