SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Zaqatalada aptek işçisi saxlanıldı - Psixotrop dərmanlar satırmış

Zaqatalada aptek işçisi saxlanıldı - Psixotrop dərmanlar satırmış

Tarix:

31-01-2019, 16:27

/ 1 052 dəfə oxundu.
Zaqatalada aptek işçisi saxlanıldı - Psixotrop dərmanlar satırmış

Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ