SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sürücü ölən iş yoldaşını qoyub qaçdı - Şirkət avtomobili qəzaya düşdü

Sürücü ölən iş yoldaşını qoyub qaçdı - Şirkət avtomobili qəzaya düşdü

Tarix:

11-03-2017, 10:35

/ 1 495 dəfə oxundu.
Sürücü ölən iş yoldaşını qoyub qaçdı - Şirkət avtomobili qəzaya düşdü

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Coca-cola” şirkətinə məxsus “İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü “KamAZ” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 35 yaşlı Aydın Kosayev iki azyaşlı övladı var. Həyat yoldaşı isə üçüncü övladına hamilə imiş.

Şərhlər

XƏBƏR LENTİ