yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yasamalda güclü yanğın: bir ailənin 4 üzvü tüstüdən zəhərləndi

Yasamalda güclü yanğın: bir ailənin 4 üzvü tüstüdən zəhərləndi
18-01-2017, 11:06 504 dəfə baxılıb

Bu gecə Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb.

Xalqxeber.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 03:35-də söndürülüb.

Bu arada APA məlumat yayıb ki, yanğında bir ailənin 4 üzvü tüstüdən zəhərlənib.

Zəhərlənənlər - 1976-cı il təvəllüdlü Nərmin Məmmədova, onun qızı-2009-cu il təvəllüdlü Leyla Məmmədova, qohumları - 1984-cü il təvəllüdlü Səidə Nurəliyeva və 1987-ci il təvəllüdlü Günel Tahirova xəstəxanaya yerləşdiriliblər.

Onlardan S. Nurəliyeva və G. Tahirova evə buraxılıb.

Ana və qızının vəziyyəti isə orta-ağırdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ