SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda "Təbrik" şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Bakıda "Təbrik" şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Tarix:

18-01-2019, 11:38

/ 1 120 dəfə oxundu.
Bakıda "Təbrik" şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ