SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » QADINA QARŞI SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI

QADINA QARŞI SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI

Tarix:

11-01-2019, 12:16

/ 1 047 dəfə oxundu.
QADINA  QARŞI SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirmişdir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilmişdir. O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
QADINA  QARŞI SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI
QADINA  QARŞI SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI

Şərhlər

XƏBƏR LENTİ