SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gömrük əməkdaşı qaçaqmalçılığa görə həbs edildi - DTX HAVA LİMANINDA ƏMƏLİYYAT KEÇİRİB

Gömrük əməkdaşı qaçaqmalçılığa görə həbs edildi - DTX HAVA LİMANINDA ƏMƏLİYYAT KEÇİRİB

Tarix:

10-03-2017, 10:22

/ 2 111 dəfə oxundu.
Gömrük əməkdaşı qaçaqmalçılığa görə həbs edildi - DTX HAVA LİMANINDA ƏMƏLİYYAT KEÇİRİB

Dövlət Təhlükəsizlik Xidmətinin Bakı Hava Limanında keçirdiyi əməliyyatda Dövlət Gömrük Xidmətinin zabiti həbs edilib.Məlumatlı mənbədən əldə etdiyimiz xəbərdə qeyd olunur ki, əməliyyat 2 gün əvvəl baş tutub. 2 kiloqram qızılı belinə bağlayan gömçrük zabiti elə hava limanındaca qandallanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Məlumatda həbs edilən gömrükçünün Milli Məclis üzvlərindən birinin yaxın qohumu olduğu da qeyd olunur.
Xəbərlə bağlı Dövlət Təhülkəsizlik Xidmətinin və Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışsaq da hər iki qurumun mətbuaxt xidmətləri ilə danışmaq cəhdimiz baş tutmadı.
Gün ərzində adıçəkilən qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ