SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu

Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu

Tarix:

9-03-2017, 11:26

/ 1 439 dəfə oxundu.
Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən Report-a bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. “Onun qarşısına piyada çıxmayıb”, - deyə, idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ