XalqXəbər.Az

Salyanda iki uşaq anası intihar edib

yüklənir...
Salyanda iki uşaq anası intihar edib
7-12-2018, 10:35
yüklənir...

Salyan rayonunda iki uşaq anası intihar edib.

Hadisə rayonun Xələc kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib.

Gənc qadının asılmış vəziyytədə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, qadın özünü axşam saatlarında asıb.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.