XalqXəbər.Az

Qubada itkin düşən azyaşlı tapıldı

yüklənir...
Qubada itkin düşən azyaşlı tapıldı
29-11-2018, 14:25
yüklənir...

Qubada itkin düşən azyaşlı tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, noyabrın 28 -də Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayonu Qobuqıraq kənd sakini, 11 yaşlı M.Y. azyaşlı uşağının itməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində 11 yaşlı oğlan uşağı rayonun Zərdabi qəsəbə ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, polis şöbəsinə dəvət olunublar və övladları M.Y. tam sağlam olaraq ailəsinə təhvil verilib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.