XalqXəbər.Az

Qubada ağır yol qəzası: yaralananlar var

yüklənir...
Qubada ağır yol qəzası: yaralananlar var
28-11-2018, 11:04
yüklənir...

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində "MAN" markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik avtomobilinin üstünə çıxıb.

Hadisə nəticəsində "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata görə, biri qadın olmaqla 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur