SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda dərs zamanı məktəbin tavanı uçdu

Azərbaycanda dərs zamanı məktəbin tavanı uçdu

Tarix:

26-11-2018, 14:52

/ 1 581 dəfə oxundu.
Azərbaycanda dərs zamanı məktəbin tavanı uçdu

Kürdəmirdə dərs zamanı məktəbin tavanı uçub. Hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə qeydə alınıb. Məktəbin direktoru Abduləli Qocayev bildirib ki, məktəbin dəhlizinin tavanı dərs zamanı uçub: "Şagirdlərdən xəsarət alan olmayıb. Dərslər tam qaydasında keçirilib. Hadisə ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib". Abduləli Qocayev qeyd edib ki, üç ildir ki, yeni məktəb tikintisi olmalı idi, amma hələ tikinti başlamayıb.

Şərhlər

XƏBƏR LENTİ