XalqXəbər.Az

Polisi baltalayan qardaşlar tutuldu

yüklənir...
Polisi baltalayan qardaşlar tutuldu
26-11-2018, 12:14
yüklənir...

Biləsuvar rayonunda polis kapitanını balta ilə yaralayanlar saxlanılıb.

Onlar iki qardaş - Aşağı Cürəli kənd sakinləri Şahbazov Rauf Malik oğlu və Şahbazov Rəşad Malik oğludur.

Onlar barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə qərarı verilib. Polis əməkdaşları da məhkəmənin qərarını icra etmək üçün həmin ünvana yollanıblar. Bu zaman qardaşlar balta ilə kapitan Ağamalıyev Rəfail Rəfi oğluna hücum ediblər. Rauf Şahbazov balta ilə R.Ağamalıyevə zərbə endirib və sinəsindən yaralayıb.

Hər iki qardaş saxlanılıb. Polis R.Ağamalıyevin səhhəti normaldır.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.