SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Evdən maşın qaçıran gənc dəhşətli qəza törətdi - 2 ağır yaralı

Evdən maşın qaçıran gənc dəhşətli qəza törətdi - 2 ağır yaralı

Tarix:

7-03-2017, 11:50

/ 1 806 dəfə oxundu.
Evdən maşın qaçıran gənc dəhşətli qəza törətdi - 2 ağır yaralı

Şirvanda ağır yol qəzası baş verib.

Şirvan şəhər sakini, 28 yaşlı Zahid Eyvazov evdən qaçırdığı “Hundai” markalı avtomobillə Heydər Əliyev prospektində hərəkət edərkən nəqliyyat vasitəsi “Mersedes” markalı avtomobillə toqquşub.

Daha sonra digər “Mersedes” və “Vaz-2107”yə çırpılıb. Qəza zamanı avtomobillər ciddi zədələnərək yararsız hala düşüb. Nəticədə “Hyundai”in sürücüsü ilə “Mersedes”lərdən birinin sürücüsü, 46 yaşlı Vidadi Cəfərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qalır.

Şərhlər

XƏBƏR LENTİ