SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

Tarix:

20-11-2018, 11:57

/ 1 566 dəfə oxundu.
Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

Noyabrın 18-də Salyan rayonunun Yolüstü kənd sakini 28 yaşlı Seyran Dadaş oğlu Kərimov intihar edib.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Seyran Kərimovun intiharına səbəb atasının onu danlaması olub:

“Seyran ailəlidir və iki uşaq atasıdır. Onun iki ay bundan öncə həyat yoldaşı ilə aralarında mübahisə olub. Həyat yoldaşı həmin mübahisədən sonra evi tərk edərək, uşaqlarını da götürüb atası evinə gedib. Gəlinin evi tərk etməsi Seyranın atası Dadaş kişini narahat edib. Ara-sıra oğlunu buna görə danlayırmış.

Noyabrın 18-də isə kənddə toy vardı. Seyran həmin toyda çoxlu içki qəbul edib. Toy başa çatandan sonra Seyran sərxoş vəziyyətdə evə gəlib. Atası onu görən kimi bərk əsəbiləşib və onu içki içdiyinə görə möhkəm danlayıb. Seyran da atasının bu sözlərinə görə həyətə düşüb və özünü asıb. Toydan az sonra kənddə xəbər yayıldı ki, Seyran intihar edib. Toydan dağılışan kənd əhli yasa yığışdı”.

Şərhlər

XƏBƏR LENTİ