SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı

Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı

Tarix:

15-11-2018, 15:42

/ 1 416 dəfə oxundu.
Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı

Bakıda yeni doğulan körpə ölüb.

Hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.

Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ