XalqXəbər.Az

İcra başçısının eks-müavininin evinə basqın - Arvadının qızılları və 50 manat aparıldı

yüklənir...
İcra başçısının eks-müavininin evinə basqın - Arvadının qızılları və 50 manat aparıldı
14-11-2018, 10:19
yüklənir...

Qazax rayonunda maskalı şəxs evə basqın edib. Hadisə axşam saatlarında şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, ev sahibi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələn maskalı şəxs onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb. Zərərçəkmiş məsələ ilə bağlı polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ev ötən il Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilmiş Fərman Nağdaliyevə məxsusdur və onun həyat yoldaşı F.Məmmədovaya hər hansı bir xəsarət yetirilmədiyi bildirilir.

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur