SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Masazırda SİLAHLI İNSİDENT - duz alverçisi yeznəsini güllələyib

Masazırda SİLAHLI İNSİDENT - duz alverçisi yeznəsini güllələyib

Tarix:

30-10-2018, 11:05

/ 1 447 dəfə oxundu.
Masazırda SİLAHLI İNSİDENT - duz alverçisi yeznəsini güllələyib

Abşeronda silahlı insident olub.

Hadisə rayonun Masazır qəsəbəsindəki duz gölündə qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şahin Salahov aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə yeznəsi, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Musa Novruzovu güllələyib. Ayağından güllə xəsarəti alan M. Novruzov xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hər iki şəxs duz biznesi ilə məşğul olub

Faktla bağlı Abşeron Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

XƏBƏR LENTİ