SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Hövsanda ağac aşdı, 4 nəfər ölümcül yaralandı (FOTOLAR)

Hövsanda ağac aşdı, 4 nəfər ölümcül yaralandı (FOTOLAR)

Tarix:

25-10-2018, 16:02

/ 1 242 dəfə oxundu.
Hövsanda ağac aşdı, 4 nəfər ölümcül yaralandı (FOTOLAR)

Bu gün günorta saatlarında Hövsan qəsəbəsində bədbəxt hadisə baş verib. Belə ki, Elman Qasımov küçəsində ağaclardan biri sınaraq yoldan keçən 4 nəfərin üzərinə aşıb.

Ərazidə olan tibb bacısının cebhe.info-ya verdiyi məlumata görə, 4 nəfər ölümcül travma alıb. Hadisə yerinə ərazi üzrə təcili tibbi yardım və polis cəlb edilib. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Yaralıların vəziyyəti ilə bağlı məlumatı öyrənmək üçün 1 saylı Klinik Tibbi Mərkəzlə əlaqə yaratdıq. Xəstəxananın qəbul şöbəsindən bildirildi ki, mərkəzə xəsarət alanlardan yalnız bir qadın daxil olub. O da ambulator müayinə edilərək evə buraxılıb. Lakin qəbul şöbəsinin xəstənin adını açıqlamaqdan imtina etməsi verilən rəsmi məlumatın həqiqiliyinə şübhə yaradır.
Qeyd edək ki, hadisə 281 saylı orta məktəbin yaxınlığında baş verib. Hər gün həmin ərazidən məktəbə azyaşlı uşaqların gedib-gəldiyini nəzərə alsaq, onların həyatı hər an təhlükə altınadadır.
Hövsanda ağac aşdı, 4 nəfər ölümcül yaralandı (FOTOLAR)
Hövsanda ağac aşdı, 4 nəfər ölümcül yaralandı (FOTOLAR)
Hövsanda ağac aşdı, 4 nəfər ölümcül yaralandı (FOTOLAR)

Şərhlər

XƏBƏR LENTİ