XalqXəbər.Az

Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü - Rəsmi açıqlama

yüklənir...
Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü - Rəsmi açıqlama
15-10-2018, 12:39
yüklənir...

Lerik rayonunda ərini öldürüb onu qəzaya düşmüş kimi qələmə verməkdə təqsirləndirilən qadın və cinayəti birgə törətdiyi dostları saxlanılıb.

DİN-ə istinadən verdiyimiz xəbərə görə, 2018-ci il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.