yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Həbsdə olan "MTN agenti"nə spirtli içki keçirmək istədilər - BAKIDA

Həbsdə olan
11-10-2018, 17:03 165 dəfə baxılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Open.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akimova Aygün Bəxtiyar qızının yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman “Nabeghlavi” adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ