yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakı-Sumqayıt yolunda ağır qəza: yol polisinin oğlu öldü

Bakı-Sumqayıt yolunda ağır qəza: yol polisinin oğlu öldü
10-10-2018, 12:28 291 dəfə baxılıb

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələr çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır

****
Bir neçə dəqiqə əvvəl Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Hyundai Sonаta” markalı avtomobilin sürücüsü idarəetməni itirib və dəmir maneələrə çırpılıb.

Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Xəsarət alanlarla bağlı məlumat yoxdur. Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ