SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının məşhur mağazasında erməni mahnısı - “Yəqin, Şarl Aznavura yas tuturlar”

Bakının məşhur mağazasında erməni mahnısı - “Yəqin, Şarl Aznavura yas tuturlar”

Tarix:

8-10-2018, 15:04

/ 1 683 dəfə oxundu.
Bakının məşhur mağazasında erməni mahnısı - “Yəqin, Şarl Aznavura yas tuturlar”

Bakının mərkəzində yerləşən məşhur mağazalardan birində erməni manıları səsləndirilir.

Bu barədə məlumatı, telejurnalist Elçin Əlibəyli özünün feysbuk hesabında yazıb. O, iddia edib ki, Maxi.az-ın 28 may küşəsində yerləşən mağazasında ermənilərin "Dle Yaman" manısı səsələndirilib: "Maxi.az- 28 may küşəsində olan mağazasına daxil oldum və eşitdim bütün mağaza boyu ermənilərin "Dle Yaman" mahnısı səslənir”. Teleaparəıcı bildirib ki, bu mahnı Erməni əsilli məşhur fransız müğənni Şarl Aznavur öləndə Ermənistanın hər yerində səsələndirilirmiş: "Şarl Aznavur gəbərəndə də onun şərəfinə bu mahnı çalındı. Yəqin, Maxi.az yas tutur ona”.
BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı ittiham olunan mağazalar şəbəkəsi ilə əlaqə saxlayıb. Mağazaların zəng mərkəzinin rəhbəri Samirə Qasımova həmin statusdan xəbərdar olduqlarını deyib: "Bu məsələ rəhbərliyinin nəzarətindədir. Araşdırma aparılır. Araşdırmanının nəticələri barədə rəsmi məlumat veriləcək”.
Bakının məşhur mağazasında erməni mahnısı - “Yəqin, Şarl Aznavura yas tuturlar”
Bakının məşhur mağazasında erməni mahnısı - “Yəqin, Şarl Aznavura yas tuturlar”

Şərhlər

XƏBƏR LENTİ