SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəsimi YPX-nın əməkdaşları avtoxuliqanlıq edir? – VIDEO

Nəsimi YPX-nın əməkdaşları avtoxuliqanlıq edir? – VIDEO

Tarix:

1-10-2018, 17:02

/ 2 396 dəfə oxundu.
Nəsimi YPX-nın əməkdaşları avtoxuliqanlıq edir? – VIDEO

Oxucularımızın biri saytımıza videogörüntü göndərib. 28 sentyabr tarixində 23:30 radələrində paytaxtın “Neftçilər” prospektində son zamanlar adları dahs çox ən adi manevr etmə qaydası pozan sürücüləri “avtoxuliqanlıqda” ittiham etməkdə hallandırılan Nəsimi rayonu DYP idarəsinə məxsus iki xidməti avtomobil videoregistratorun görüntülərinə düşüb

Belə ki,dövlət qeydiyyat nişanı görünməyən ilk avtomobil qaydaları pozsa da sayrışan işıqlarını yandırıb. Amma qanunla operativ nəqliyyat vasitəsi bu hallarda həm səs siqnalını qoşmalı, həm də sayrışan işıqlarını yandırmalıdır. 99 YP 274 dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə qaydaları çox kobud şəkildə pozur və digər hərəkət iştirakçılarına açıq-aşkar təhlükə yaradır. Bu zaman nə səs siqnalını, nə də sayrışan işıqları qoşmur. Halbuki digər sürücülər bu şəkildə avtomobil idarə etsəydi çox güman ki, həmin əməkdaşlar onları saxlayıb avtoxuliqan kimi duracağa aparacaqdılar.

YPX əməkdaşları deyə bilər ki, hadisə yerinə tələsir. Amma yol polisi istənilən halda digər hərəkət iştirakçılarına nümunə olmalıdır.

avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ