SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, yaralı sayı 34 oldu

Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, yaralı sayı 34 oldu

Tarix:

1-10-2018, 16:39

/ 1 594 dəfə oxundu.
Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, yaralı sayı 34 oldu

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var.

***

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

***

Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Agentliyin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, son məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi, 3-ü isə uşaqdır.

***

Əldə etdiyimiz məlumata görə, yaralılardan 2-si 1 saylı Kliniki Xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

***

Səhiyyə Nazirliyindən verilən son məlumata görə, qəzada yaralananların sayı 27-yə çatıb.

***

Səhiyyə Nazirliyinin məlumatına görə, yaralı sayı 34-ə yüksəlib. Onlardan 27-si təcili tibbi yardım maşınları ilə, 7-si isə özü xəstəxanaya müraciət edib. Yaralılardan 3-ü 1 Saylı Şəhər Kliniki Xəstəxanasına, 2-si Travmotologiya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Əksəriyyətinin vəziyyəti ağırdır.

Şərhlər

XƏBƏR LENTİ