yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda "Gilan İnşaat"ın tikdiyi kompleksdə üzlüklər qopub maşınların üstünə düşdü

Bakıda
28-09-2018, 17:34 317 dəfə baxılıb

“Gilan İnşaat” şirkətinin Bakının Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 133A ünvanında cəmi 4 il əvvəl istifadəyə verdiyi “Qoşa park” yaşayış kompleksindəki çoxmərtəbəli binaların fasad üzlüyü sökülüb dağıldığından ətrafdakılar üçün təhlükəli vəziyyət yaradır. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə sonuncu küləkli havada dəmir üzlüklər qoparaq ərazidə park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə avtomobillərə ziyan dəyib, habelə sakinlərin özlərinə də təhlükə yaranıb.

Lakin “Qoşa park” kompleksinin problemləri bununla bitmir. Tikintisi 2006-cı ildə başlayan və 8 il davam edən, 407 mənzilli premium sinif yaşayış kompleksində yeraltı qaraj və ya maşınların park edilməsi üçün dayanacaq da yoxdur. Sakinlər deyirlər ki, kompleksdən mənzil alarkən məhz yeraltı qaraj, əlavə dayanacaqlar, geniş, işıqlı həyət barədə vədlərə inanıblar. Çünki bu barədə şirkətin rəsmi səhifəsindəki reklamlarda da bəhs olunurdu. Amma kompleksi inşa edən şirkət sakinləri yeraltı qarajlarla təmin etmək əvəzinə sakinlərə maşınları blokların qarşısında saxlamağa icazə veriblər. Nəticədə sakinlər yağışdan çıxıb yağmura düşüblər- binaya vurulmuş üzlük lövhələr küləyə davam gətirmədiyindən qopub düşür, maşınlara ziyan vurur. İndi çoxları mənzilini aldıqları qiymətdən ucuza satlb köçməyə məcbur olur.

“Gilan İnşaat” şirkətindən şikayətə münasibət bildirmək üçün əvvəlcə araşdırma aparacaqlarını söylədilər.

Şirkətin satış şöbəsinin adını söyləməyən əməkdaşı isə kompleksin yeganə probleminin yeraltı qaraj və dayanacaq olduğunu etiraf etdi. Onun sözlərinə görə, küləkli havada üzlüyün qopması mümkündür, sakinlər vaxtında məlumat versəydilər problem dərhal aradan qaldırılardı: “Dayanacaq üçün yaxınlıqdakı ərazi ilə bağlı danışıqlar aparılır, yəqin problem tezliklə həll olunacaq”.

Qeyd edək ki, “Qoşa park” yaşayış kompleksinin “Facebook” səhifəsində də sakinlərin şikayətləri, narazılıqları yer alır...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ