SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azad Rəhimov tenderlərdə kimləri qalib elan edir? - icra başçısı, deputat ...

Azad Rəhimov tenderlərdə kimləri qalib elan edir? - icra başçısı, deputat ...

Tarix:

27-09-2018, 16:55

/ 1 424 dəfə oxundu.
Azad Rəhimov tenderlərdə kimləri qalib elan edir? - icra başçısı, deputat ...

Rəsmi məlumatlara görə, Gənclər və İdman Nazirliyi (GİN) 2018-ci ilin əvvəlindən indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün 37 müqavilə bağlayıb. Müqavilələrin ümumi məbləği 5 milyon 619,7 min manat təşkil edib. Nazirliyin bağladığı müqavilələrin ümumi məbləği 5 mln 619,7 min manat təşkil edib. Belə ki, Nazirliyin ən yüksək məbləğda bağladığı müqavilə “Cənub-2000 MMC” ilə 987,9 min manatlıq müqavilə olub.

Masallı rayonu, Şıxlar ünvanında qeydiyyatdan keçmiş daha bir şirkət – “Cənub-2000” MMC(rəhbəri Səfərov Elnur Elşad oğlu) 2010, 2011, 2013 və 2016-cı illərdə Masallı, Lənkəran, Beyləqan, hətta Qəbələ, İsmayıllı rayonlarında keçirilən 37 tenderin qalibi olaraq 2 milyon 382 709,34 manatlıq sifariş əldə edib.

Nazirliyin ən çox müqavilə bağladığı şirkət “Kontinet” MMC-dir. Bu şirkətlə bağlanan 3 müqavilənin ümumi məbləği 194,2 min manat olub. Gundeminfo.az-ın apardığı araşdırmalardan bəlli olur ki, “Kontinet” MMC əsasən tikinti şirkəti kimi ixtisaslaşıb. Lakin qalib olan layihələr üzrə “Kontinet” MMC-nin profilinə nə qədər uyğundur bir az sual yaranır. “Kontinet” MMC-nin qalıb olduğu tender üzrə istiqamətlərə diqqət edək:

- Fiziki aktivliklə bağlı “Gənclərin Sağlamlıq Festivalı”nın keçirilməsi işləri - 70 020
- Ali təhsil müəssisələrində “Həyatla oyun” tamaşasının, rayon və şəhərlərdə “Günahsız günahkarlar” tamaşasının nümayişi işləri - 96 000
- Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!” adlı maarifləndirici tədbirin keçirilməsi işləri - 28 200

Bir tikinti şirkətinin bu istiqamətlər üzrə qalib olması sual yaradır. Apardığımız araşdırmalar zamanı ortaya kifayət qədər maraqlı məqamlar çıxdı. Gundeminfo-ya bilgi verən mənbə bildirir ki, "Kontinent MMC" 6 iyun tarixində prezident sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Elxan Allahverdiyevə məxsusdur. Elxan Allahverdiyev icra başçısı təyin olunana qədər "Kontinent" MMC-nin direktoru olub. Mənbəmiz bilgi verir ki, E.Allahverdiyev həm də mədəniyyət naziri Əbülfəz Qarayevlə yaxın dostdur və hazırda "Kontinent" MMC-ni yaxın qohumlarından birinin adına keçirib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Gənclər və İdman Nazirliyinin 2018-ci ilin əvvəlindən indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün hansı şirkətlərlə müqavilələr bağlamasına dair araşdırmalarımız davam edəcək. Bütün tərəfləri dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ