SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR

Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR

Tarix:

24-09-2018, 15:31

/ 1 647 dəfə oxundu.
Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə ,daxil olmuş məlumat əsasında Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Amin Məmmədovun rayonun Slavyanka kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilən 173 ədəd narkotik çətənə bitkisinə bənzər 2249 kiloqram olan kollar, evin yardımçı otaqlarında yarı qurudulmuş halda saxlanılan 97 kiloqram 500 qram və 70 ədəd 3 kiloqramlıq şüşə bankalara yığılan çəkisi 8 kiloqram 400 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

Faktla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılır.
Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR
Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR
Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR
Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR
Gədəbəy sakini əməlli-başlı narkobaron imiş... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ