SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bəylər Əyyubovun yaxın qohumunun xüsusi əməliyyatla həbs olunduğu iddia olunur

Bəylər Əyyubovun yaxın qohumunun xüsusi əməliyyatla həbs olunduğu iddia olunur

Tarix:

19-09-2018, 13:05

/ 5 302 dəfə oxundu.
Bəylər Əyyubovun yaxın qohumunun xüsusi əməliyyatla həbs olunduğu iddia olunur

Bakının Nərimanov rayonu ərazisində, “Gənclik” metrostansiyasının yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mir-Qafar Seyidovun rəhbərliyi altında əməliyyat keçirilib
Adi bir narkotik əməliyyaına BŞBPİ rəisinin – general-mayor M.Seyidovun rəhbərlik etməsi və əməliyyaın videoçəkilişlə müşayiət olunması da saxlanılan şəxsin sıradan şəxs olmadığını təsdiq edir

Bakının Nərimanov rayonu ərazisində, “Gənclik” metrostansiyasının yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mir-Qafar Seyidovun rəhbərliyi altında əməliyyat keçirilib. Az24saat.org saytının əldə etdiyi məlumata görə, əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhəmməd adlı şəxs həbs olunub. Saytımıza daxil olan məlumada o da qeyd edilir ki, saxlanılan şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun yaxın qohumudur.

Onun qardaşının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutduğu, özünün isə cənab Eyyubovun bacısı qızının əri olduğu bildirilir.

Adi bir narkotik əməliyyaına BŞBPİ rəisinin – general-mayor M.Seyidovun rəhbərlik etməsi və əməliyyaın videoçəkilişlə müşayiət olunması da saxlanılan şəxsin sıradan şəxs olmadığını təsdiq edir.

Mənbə: Az24saat.org

Şərhlər

XƏBƏR LENTİ