SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Məşhur tibbi klinikanı öz əməkdaşı yardı

Məşhur tibbi klinikanı öz əməkdaşı yardı

Tarix:

12-09-2018, 12:23

/ 1 361 dəfə oxundu.
Məşhur tibbi klinikanı öz əməkdaşı yardı

Nəsimi Rayon Məhkəməsində tibbi klinikadan oğurluq edən şəxsin məhkəməsi başlayıb.
Cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən Süleymanov Pərvin Mövlüd oğlunun məhkəmə prosesinə hakim Elman İsayev sədrlik edəcək.
İttiham aktına görə, "Avrasiya" Hospitalında elektrik vəzifəsində işləyən Pərvin Süleymanov mütəmadi olaraq elektrik avadanlıqları və işıq generatorunu oğurlayaraq satıb. Ancaq bundan hospitalın rəhbərliyi xəbər tutmayıb. Bir müddətdən sonra isə əvvəllər məhkum olunmuş P. Süleymanov başqa bir oğurluğa əl atıb.

Belə ki, Pərvin, Samir Əmirliyə məxsus məxsus “VAZ-21015” markalı avtomobili qaçırıb. Ancaq Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Süleymanov saxlanılıb, avtomobil isə Y.Vəzirov küçəsində tapılıb.

Şərhlər

XƏBƏR LENTİ