SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ramanada dəhşətli cinayət — Kürəkən alimentə görə qayınatasını öldürdü

Ramanada dəhşətli cinayət — Kürəkən alimentə görə qayınatasını öldürdü

Tarix:

7-09-2018, 13:12

/ 2 088 dəfə oxundu.
Ramanada dəhşətli cinayət — Kürəkən alimentə görə qayınatasını öldürdü

Sabunçu Rayon Məhkəməsində qayınatasını öldürən kürəkənin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclası keçirilib.
Hakim Fəqan Əhmədov cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən Şabanov Samir Valeh oğlu barədə qərarı təmin edib.

Xatırladaq ki, bu ilin aprel ayında Ramana qəsəbəsində 1981-ci il təvəllüdlü Şabanov Samir Valeh oğlu qayınatası, 1965-ci il təvəllüdlü Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq öldürüb.
S.Şabanov polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, qətli törədən şəxs bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub. Daha sonra onların münasibəti pozulub və o, həyat yoldaşından boşanıb. Lakin keçmiş qohumlar arasındakı gərgin münasibət davam edib. S.Şabanov alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirirmiş. Nəhayət, S.Şabanov qayınatasının Ramanadakı evinin yaxınlığına gedərək onunla məsələni aydınlaşdırmaq qərarına gəlib. Münaqişə zəminində o, 53 yaşlı kişiyə dəmir parçası və bıçaqla çoxsaylı zərbələr endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ