SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda DƏHŞƏT: - Kütləvi intihara cəhdin qarşısı alınıb

Bakıda DƏHŞƏT: - Kütləvi intihara cəhdin qarşısı alınıb

Tarix:

6-09-2018, 10:38

/ 1 474 dəfə oxundu.
Bakıda DƏHŞƏT: - Kütləvi intihara cəhdin qarşısı alınıb

Bakıda 6 nəfərin intihara cəhdinin qarşısı alınıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdiriblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

Əməliyyat başa çatıb.

Şərhlər

XƏBƏR LENTİ