SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağcabədidə toyda dava - 1 nəfər öldü

Ağcabədidə toyda dava - 1 nəfər öldü

Tarix:

5-09-2018, 13:10

/ 1 404 dəfə oxundu.
Ağcabədidə toyda dava - 1 nəfər öldü

Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində bıçaqlanma hadisəsi olub.

DİN-ə istinadən xəbər veririk ki, sentyabrın 4-də Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində şəhər sakini Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib. Z.Sadıqov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Q.Qurbanzadə saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ