SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda qatar yoluna çıxdı - Elektrovoz üstündən keçdi

Bakıda qatar yoluna çıxdı - Elektrovoz üstündən keçdi

Tarix:

4-09-2018, 11:13

/ 1 287 dəfə oxundu.
Bakıda qatar yoluna çıxdı - Elektrovoz üstündən keçdi

Bakıda dəmir yolu xəttində ölümlə nəticələnən qəza baş verib. Sentyabrın 3-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Biləcəri-Keşlə dəmir yolu xətttinin 265-ci kilometrliyində dəmir yolunun piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən Hüseynov Allahverdi Mütəllim oğlu Biləcəri Lokomotiv Deposuna məxsus 25-29 saylı elektrovozla vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Fakta bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ