yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xaçmazda köşkdən oğurluq edən saxlanılıb

Xaçmazda köşkdən oğurluq edən saxlanılıb
18-08-2018, 10:18 304 dəfə baxılıb

Xaçmaz rayon ərazisində oğurluq etmiş şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Xalqxeber.Az-a verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonu Qımıl-qışlaq kənd sakini Zaur Mustafayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib.

Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ