SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kişi sevgilisinə 100 min “atıb”

Bakıda kişi sevgilisinə 100 min “atıb”

Tarix:

7-08-2018, 12:04

/ 1 301 dəfə oxundu.
Bakıda kişi sevgilisinə 100 min “atıb”

Bakıda bir kişi külli miqdarda pulu fırıldaq yolu ilə ələ keçirib.
Bu barədə "Sputnik Azərbaycan"-a Yasamal rayon Polis İdarəsindən məlumat veriblər.
Cinayətin qurbanı 1978-ci il təvəllüdlü paytaxt sakini E.Rəsulova olub. Qadın avqustun 4-də sözügedən rayonun 26-cı polis bölməsinə müraciət edib. Onun sözlərinə görə, bu ilin yanvarında sevgilisi, 1956-cı il təvəllüdlü M.Seyidov onda 100 min manat pulun olmasından xəbər tutub. Seyidov qadına yalvarıb ki, pulu ona restoran almaq üçün versin. Zərərçəkənə də söz verib ki, nəinki pulu qısa müddətdə geri qaytaracaq, həm də ona restoranın fəaliyyətindən əldə olunan gəlirdən faiz veriləcək.
Yarım il keçməsinə baxmayaraq, Seyidov nə restoran alıb, nə də qadının pulunu geri qaytarıb. Sevgilisinin onu aldatdığını başa düşən qadın, indi pulunu geri almaq üçün asayiş keşikçilərindən yardım istəyir.
Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Seyidovun əməlində cinayət tərkibi axtarır.

Şərhlər

XƏBƏR LENTİ