XalqXəbər.Az

Keçmiş deputatın evindən 10 min manatlıq qızıl oğurlandı

yüklənir...
Keçmiş deputatın evindən 10 min manatlıq qızıl oğurlandı
7-08-2018, 10:55
yüklənir...

Yasamal rayonunda prezidentliyə namizəd olan professorun evindən qızıl-zinət əşyaları oğurlanıb.
“Ölkə.Az”ın məlumatına görə, F.İbrahimbəyov küçəsi 12-də yaşayan Qulamhüseyn Surxay oğlu Əlibəylinin evindən 10 min manatlıq qızıl oğurlanıb. Bu barədə Yasamal RPİ-nin 27 Polis Bölməsinə zərərçəkən özü məlumat verib. Q.Əlibəylinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.
Xatırladaq ki, Q.Əlibəyli Azərbaycanda keçirilən seçkilərdə prezidentliyə namizəd, 1995-2005-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin professorudu.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.