SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Cəlilabadda silahlı şəxslər tutuldu

Cəlilabadda silahlı şəxslər tutuldu

Tarix:

1-08-2018, 12:14

/ 1 428 dəfə oxundu.
Cəlilabadda silahlı şəxslər tutuldu

Cəlilabad rayonunda 2 nəfər silahlı şəxs saxlanılıb.

DİN-ə istinadən verdiyimiz xəbərə görə, saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Əliyevdən və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tələt Əliyevdən metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə S.Əliyevin evindən narkotik vasitə olan heroin və marixuana da aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq T.Əliyevin idarə etdiyi “Lada-Priora” markalı avtomobildən 1 ədəd pnevmatik tüfəng, 1 ədəd bıçaq və pnevmatik tüfəngə aid patron, habelə onun tanışı, Şuşa şəhər sakini Eynulla Mustafazadənin idarə etdiyi “Range-Rover” markalı avtomobildən 1 ədəd qaz tapançası, 4 ədəd dəyənək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Şərhlər

XƏBƏR LENTİ